“Mayın 27-si və 28-dən etibarən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək”."Kommersant.az"-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, sabahdan rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq:
“Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Ölkə ərazisində mayın 26-da mülayim şimal küləyi əsəcək”.
G.Məmmədova qeyd edib ki, mayın 27-də mülayim cənub küləyi əsəcək.
Oxu.Az