Koronavirus hamilələr üçün hansı riskləri yaradır? - AÇIQLAMA

ÖLKƏ
08:55 / 31.08.2021
1146

Vaksinasiya prosesinin sürətləndiyi bir dövrdə ailə qurmağı və ya övlad sahibi olmağı planlaşdıran insanları koronavirus əleyhinə peyvəndin təsir imkanları maraqlandırır. Bəzi insanlar vaksinin doğulacaq körpənin sağlamlığına mənfi təsir etdiyini düşünürlər.

HİTşaz "Xəzər TV"yə istinadən xəbər verir ki, infeksionist Hicran Xıdırova isə vaksinin sonsuzluğa və ya doğulacaq uşağın zərər görməsinə səbəb olma ehtimallarını rədd edir.

Həkim, ana olmağa hazırlaşan qadınlara nəinki peyvənd vurdurmaqdan qorxmamağa çağırır, əksinə, onların digərlərinə nisbətən bu prosesə daha həvəslə qoşulmalı olduqlarını deyir. Çünki vaksin yox, məhz koronavirus hamiləlik üçün risk yaradır.

Həkim övlad sahibi olmağı planlaşdıran insanları əmin edir ki, bütün peyvəndlər kimi koronavirus əleyhinə olan vaksin də immunitet formalaşdırır və bunun sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz.

0