Yağ daşıyan yük maşını aşdı, “20 Yanvar” dairəsi bağlandı - FOTO

ÖLKƏ
09:18 / 31.08.2021
2177

Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə HİT.az-a Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb.

Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti dəyişdirilib.

Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

0