Qənirə Paşayevanın bacısının toyundan yeni - FOTOLAR

ÖLKƏ
09:54 / 31.08.2021
2691

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Qənirə Paşayevanın bacısı Kəmalə Paşayevanın toyu baş tutub.

İstanbuldakı Sait Halim Paşa villasında keçirilən məclisdə iş adamları, ictimai xadimlərlə yanaşı Azərbaycanın məşhur simaları da yer alıb.

Xalq artisti Aygün Səmədzadə, Əməkdar artist Məlahət Abbasova, tanınmış modelyer Afaq İsmayılzadə və başqaları toyda iştirak ediblər.

Gecəyə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva da qatılıb.

Onlar məclisdə lentə aldıqları görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, Kəmalə Paşayeva Həsən adlı Türkiyə vətəndaşı ilə ailə qurub. 

2
qafqazinfo