Zakir Həsənov Vaqif Dərgahlı və Anar Eyvazova yeni vəzifə verdi

ÖLKƏ
12:37 / 01.09.2021
1868

Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mətbuat Xidmətinin rəisi vəzifəsi isə Xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.

 

0