Özünü TV əməkdaşı kimi təqdim şəxs marketdə yaxalandı - VİDEO

ÖLKƏ
19:40 / 01.09.2021
1807

Ağdam rayonunda özünü AzTV əməkdaşı kimi təqdim edərək market rəhbərliyindən pul tələb edən şəxs saxlanlılıb.

HİT.az Publika.az-a istinadla xəbər verir ki, Ağdamın Quzanlı qəsəbəsində yerləşən "Ağdam" marketə gələn və ağzında AzTV loqosu olan şəxs marketin guya antisanitar şəraitdə olması, işçilərin sanitar qaydalara düzgün əməl etməməsini bildirərək rəhbərlikdən pul tələb edib. Bu zaman market nümayəndələri polis çağırıblar və həmin şəxs saxlanılıb.

Məlum olub ki, reketliklə məşğul olan şəxs AzTV əməkdaşı deyil. O, daha əvvəl Ağcabədinin Hindarx qəsəbəsində də oxşar yolla marketlərdən 50 manat alıb.

Araşdırmalar davam etdirilir.

0