Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndin ümumi sayı 7 milyonu ötdü

ÖLKƏ
19:43 / 02.09.2021
1547

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 
Hit.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 009 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 239 851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 770 082 təşkil edir.

0