Azərbaycan Türkiyəyə başsağlığı verdi

ÖLKƏ
15:39 / 04.09.2021
645

Azərbaycan Xarici İşlər Nazirliyi Tekirdağ şəhərində qatarla mikroavtobusun toqquşması nəticəsində ölənlərin olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

HİT.az xəbər verir ki, başsağlığında deyilir:

"Qardaş Türkiyənin Təkirdağ vilayətində yük qatarı və mikroavtobusun toqquşması xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzu edirik. Başın sağ olsun, qardaş Türkiyə!".

0