Qəbələdə iki qardaşdan silah-sursat götürüldü

ÖLKƏ
20:46 / 04.09.2021
746

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib.

HİT.az  APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində silah-sursat aşkar edilib.

Belə ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən iki ədəd nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngləri, yeddi ədəd patron, bir ədəd patron darağı, bir ədəd bıçaq və iki ədəd fənər götürülüb.

0