Koronavirus bu uşaqlarda ölümə səbəb olur - Səhiyyə Nazirliyi

ÖLKƏ
12:26 / 05.09.2021
1705

"Son zamanlar həm Azərbaycanda, həm də dünya ölkələrində uşaqların koronavirusu ağır keçirməsinin və ya dünyasını dəyişməsini müşahidə edirik".

Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib. O bildirib ki, virusu ağır keçirən uşaqlarda yanaşı xəstəliklərin olması də qeydə alınıb:

“Uşaqlar əvvəlki dövrdə də koronavirusa yoluxurdular. Hətta əsas daşıyıcılarından biri idilər. Lakin indi bu ştamlar uşaqlara qarşı bir az aqressivləşib. 
Nəzərə alaq ki, sentyabrda tədris başlayır. Uşaqları qorumaq istəyiriksə, birinci özümüzü qorumalıyıq. Çünki uşaqları yoluxduran böyüklərdir. Bunun üçün mütləq şəkildə böyüklər vaksin vurdurmalıdırlar”.

0