Hərbçilərimiz sərhədyanı ərazilərdə otlaq sahələri yandırıb? - MN-dən açıqlama

ÖLKƏ
16:03 / 05.09.2021
1467

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır".

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - deyə nazirliyin yaydığı açıqlamada qeyd edilib.

0