Bu gün neçə nəfərə vaksin vurulub?

ÖLKƏ
19:55 / 07.09.2021
1657

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 70 768 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 927, ikinci mərhələ üzrə 38 841 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 307 149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 391 664, ikinci mərhələ üzrə isə 2 915 485 nəfər təşkil edir

2