Bu qiymətləri Tarif Şurası müəyyən edəcək

ÖLKƏ
22:10 / 10.09.2021
1636

Nazirlər Kabineti 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.

Bu barədə müvafiq qərarı Əli Əsədov imzalayıb.

Qərara əsasən “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli publik hüquqi şəxsə çevrilib.

Eyni zamanda dərman vasitələrinin ekspertizası “Dərman vasitələri haqqında” Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.

1