Vilayət Eyvazovdan təqaüdə göndərilən rəisin yerinə təyinat 

ÖLKƏ
15:46 / 11.09.2021
1262

Nizami Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis təyin olunub. 

Qaynarinfo-nun məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının komandiri,  polis mayoru Yusif Hüseynov Nizami DYP Şöbəsinə rəis təyin edilib. 

Qeyd edək ki, iyul ayında Nizami DYP Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Firdovsi Yusubov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

0