Azərbaycanda doğuş zamanı ana ÖLDÜ

ÖLKƏ
22:20 / 13.09.2021
654

Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.

Hit.az Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.

Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.(report.az)

2