Bu gün Bakıda xəstəxanaların birində dördəm dünyaya gəlib.
HİT.az BAKU.TV-yə istinadən xəbər verir ki, tibb müəssisələrindən birində dünyaya gələn körpələrdən üçü oğlan, biri isə qızdır.
Həkimlərin sözlərinə görə, körpələrin ən böyüyünün çəkisi 1 kq. 140 qr, ən kiçiyinin çəkisi isə 1 kq. 100 qramdır. Ananın və uşaqların vəziyyəti normaldır.
Uşaqları dünyaya gətirən 30 yaşlı qadın Zaqataladandır. Bu, onun ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə 33-cü həftədə doğulublar.
Körpələrin 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.