Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair sənəd Milli Məclisdə

ÖLKƏ
15:28 / 15.09.2021
1052

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib.

"Report"un xəbərinə görə, toplatının gündəliyinə 3 məsələ daxil edilib.

Əvvəlcə komitənin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı və payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə edilərək təsdiqlənib.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunaraq parlamentin sentyabrın 30-da keçiriləcək planer iclasına tövsiyə edilib.

0