Azərbaycanlı “qanuni oğru” Rusiyada SAXLANILDI

ÖLKƏ
18:23 / 15.09.2021
1734

Rusiyanın Stavropol vilayətində azərbaycanlı “qanuni oğru” Taleh Dağlıyev (Tolik Noqinski) barədə cinayət işi başlanılıb.

37 yaşlı T.Dağlıyev narkotik vasitələrin qanunsuz saxlanılmasında ittiham olunur.

Mineralnıye Vodı şəhərində saxlanılan şəxs buraya müalicə üçün gəldiyini deyib.

Axtarış zamanı ondan külli miqdarda heroin aşkar edilərək götürülüb.

Bu gün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçəcək. Dağlıyevin günahı sübuta yetirilsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

0
oxu.az