Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? (AÇIQLAMA)

ÖLKƏ
20:37 / 16.09.2021
867

Müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasiyadan imtina edənlərlə bağlı olacaq.

Hit.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva məlumat verib.

O bildirib ki, əgər kiminsə, əks-göstəriş sertifikatı varsa, o, tədrisdə sərbəst iştirak edə biləcək: "Lakin səhhətində problem varsa, onların sağlamlıqları üçün özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq. Hər üç sertifikatın sahibləri əyani tədrisdə iştirak edə bilərlər".

0