Rus sülhməramlılar üçtərəfli bəyanatı pozdu - FOTO/VİDEO

ÖLKƏ
15:20 / 21.09.2021
1572

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 9/10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatı pozublar.

HİT.az xəbər verir ki, bu barədə məlumatı “Haqqin.az” yazıb.

Məlumata əsasən, rus sülhməramlılar Qarabağ dağlarında şərti yaralanmış şəxsin təxliyyəsi ilə bağlı təlimlər həyata keçiriblər. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, təlim Xocalı hava limanında Mi-8 AMTŞ tipli “Terminator” helikopteri vasitəsilə keçirilib.

Qeyd olunur ki, sözügedən təlim üçtərəfli bəyanatın Qarabağda istifadə olunmasına icazə verilən hərbi texnikalar bəndini kobud şəkildə pozur. Belə ki, nəqliyyat-hücum helikopterləri sülhməramlıların yerləşdiyi ərazidə hərbi texnika siyahısına daxil edilməyib.

0