Azərbaycanlı Füzulini Türkiyədə küçədə güllələmək istədilər (FOTO)

ÖLKƏ
21:00 / 21.09.2021
1673

Türkiyənin Samsun əyalətində Azərbaycan vətəndaşına qarşı silahlı hücum olub. 

Hit.az-ın məlumatına görə, hücuma məruz qalan şəxsin adı Füzulidir. Ona hücum edən şəxslər isə uzun müddətdir həmyerlimizlə düşmən olan 19 yaşlı Səlayəttin və Yasin adlı şəxslərdir. 

Yasin və  Səlayəttin Füzulini əvvəlcə döyüblər. Həmyerlimiz əllərindən çıxsa da silahlı şəxslər onun arxasınca qaçıblar.

Onu tuta bilməkdə çətinlik çəkən şəxslər silahla atəş açıb. Bu zaman güllə küçədən keçən 40 yaşlı Kader adlı qadına dəyib. Qadının səsinə ətrafdakılar gəlib və təcili yardım çağırılıb. 

Təcili yardımla xəstəxanaya aparılan qadının ifadəsi əsasında Yasin və Səlayəttin həbs edilib.

Füzulinin isə başından ciddi travma aldığı, bu səbəblə xəstəxanada müalicə olunduğu bildirilir. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Orxan

0