"Məktəblərdə müəllim kollektivi və digər əməkdaşlar da peyvəndləmədən keçiblər. Ona görə, məktəblərin açılması yoluxmanın yenidən alovlanmasına səbəb olmayacaq".
HİT.az xəbər verir ki, bu sözləri "ARB24"-də yayımlanan "İşgüzar səhər" verlişində qonaq olan həkim Ramin Nəriman bildirib.
Onun sözlərinə görə, uşaqlar arasında koronavirusa yoluxma nisbətən sürətlə yayılsa da, amma azyaşlılarda elə də problem yaratmayıb.