Emin bu restorana 1 milyon dollar xərcləyib

ÖLKƏ
12:28 / 24.09.2021
2513

Xalq artisti Emin Ağalarov yeni biznesi üçün 1 milyon dollar "1,7 milyon manat) vəsait sərf edib.

Bu haqda "Ведомости" məlumat yayıb. Bildirilib ki, müğənninin yeni restoranı bu ilin sonunda açılacaq. Məkan Moskvada yeni alış-veriş mərkəzində yerləşir.

Emin bildirib ki, restoranda çin mətbəxi yer alacaq. İfaçı restoranın investorunun özü olduğunu söyləyib. O, məkan üçün qoyduğu investiyaya restoranın yerləşdiyi ərazinin, dekorun və qab-qacağın daxil olduğunu söyləyib.

Qeyd edək ki, Eminin nümayəndəsi onun ümumilikdə 50-yə yaxın restoranı olduğunu deyib.

 

0
Axşam.az