Bu xəstəxanaya yeni baş həkim TƏYİN EDİLDİ - FOTO

ÖLKƏ
10:14 / 25.09.2021
1741

Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya baş həkim təyin edilib.

HİT.az Oxu.Az-a istinadən xəbər verir ki, ixtisasca ümumi cərrah olan İlkin İsmayılov bundan əvvəl də Gəncə şəhərindəki özəl klinikalardan birində uzun müddət baş həkim işləyib.

Qeyd edək ki, o, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İlkin İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib.

0