Elnur Əşrəfoğlunun vəziyyətində necədir? - "Yeni Klinika"dan açıqlama

ÖLKƏ
14:42 / 25.09.2021
1263

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan HİT.az-a verilən məlumata görə, jurnalistin vəziyyəti ağır-sabitdir.

"Vəziyyətində dəyişiklik yoxdur",- xəstəxanadan bildirilib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

0