Demokratiya başa çatır – Postpandemiyanın diqtəsi

ÖLKƏ
13:04 / 11.05.2020
1918

Mikayıl Mirzəzadə

Dünya nizamının pozulması ilə bağlı XX əsr boyunca təkcə siyasi nəzəriyyələr proqnozlar irəli sürmürdü, praktiki həyatda artıq iki dünya müharibəsi baş vermiş, Soyuq müharibə bitmiş, neft kartellərinin, TMK-ın, iqtisadi təzyiq qruplarının, müvəkkil savaşlarının, Hantinqtonun sosial mübarizədən dini sferaya endirdiyi sivilizasiyaların toqquşması yaşanır, üç ABŞ prezidentinin – Buş, Klinton, Obama doktrinaları sayəsində 10- yaxın müsəlman ölkəsinə müdaxilə edilir,  milyonlarla mülki vətəndaş ərəb səhrasında, əfqan yaylasında ölümə tərk edilmişdi.

2020-ci ilədək beynəlxalq münasibətlərdə nizam pozulmuş güc mərkəzləri arasında konfrantasiyalar şiddətlənmiş, Çin “dünya fabriki”nə çevirilmiş, Rusiya və İrana qarşı Qərbdən böyük sanksiyalar paketi tətbiq edilmiş, nəzəri və iqtisadi olaraq, liberal siyasət, liberalçı iqtisadi görüşlər yerini sol-radikalizmə və sağ – mühafizəkarlığa verməkdə idi. Həmişəkindən daha artıq Yaxın Şərqdə qarşıdurmalar kəskinləşmiş, Aralıq dəniz hövzəsində – hansı ki, geopolitik üstünlüklər vəd edən torpaqlar uğrunda müharibə ehtimalı daha da artmışdı.

Son nöqtəni isə neft kapitalistlərinin müharibəyə dair planları qoymuş oldu ki, epidemik pandemiyadan əvvəl dünya bazarına təklif edilən neftin həcmi istehlakda qat-qat artıq oldu. Öz-özlüyündə neft amilinin sıradan çıxarılması “maşın təkəri effekti”ni verməklə yanaşı, bir çox qlobal oyunçunu da “ofsayt”a salmış oldu.

Nəhayət, günümüzün “trend”i sayılan koronovirus pandemiyası dünya nizamına artıq yeni bir ölçü, meyar gətirməkdədir.

İndi əsas sual budur: Siyasi coğrafiyada fəaliyyət göstərən, dünya nizamının əsas oyunçuların taleyi necə olacaq?

Çin – Böyük iqtisadi inkişaf Çinə təkcə dünyanın istehsal gücünü, “ipək yolu” liderliyini gətirmədi, dünya bazarına sahib olaraq, bütün ölkələrin ticarət payında əsas rol oynamağa başladı. Kəmiyyətin keyfiyyətə çevirildiyi ölkənin nəhayət planları sırasında dünya lideri olmaq, Asiyanın sahibinə çevirilmək və son nəticədə bunu Şərqi Çin dənizində, Okeaniyada hərbi xarakterli fəaliyyətlərdə diqtə etmək idi. 2025-ci ildən etibarən, dünyanın iqtisadi lideri olacaq bir dövlət üçün ilkin siqnalı yenicə ABŞ prezidenti seçilən Tramp verməyə başladı, 2018-ci ildən etibarən başlayan ticarət savaşları Çin iqtisadiyyatına ağır zərbələr vurdu, amma koronovirus pandemiyasının başlanmasından sonra yaşanan mənzərə Çinin qlobal imicinə böyük zərbə endirdi – artıq heç bir ölkə Çini qüdrət sahibi hesab etmir.

Rusiya – “2020-ci ilin ikinci rübündən başlayaraq koronavirus infeksiyası pandemiyası səbəbindən Rusiya iqtisadiyyatı mənfi dinamika ilə davam edəcək ki, bu barədə də  Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin də etiraf edir, pandemiya fonunda işsizlik artmaqdadır və vətəndaşların gəlirləri azalır, Rusiya üçün ikinci zərbə neft gəlirlərindən formalaşan büdcənin əriməsidir. Digər bir nüans Rusiyanın yeni dünyada lider olması üçün qaynaqları yoxdur, ən əsası Qərblə düşməndir. Buna görə də postpandemiya dövründən sonra özünü bərpa etməsi də mümkün görünmür.

Brüssel – Avropa İttifaqı postpandemiya dövrünün ən yaxşı modeli kimi digər güc mərkəzlərindən üstün bir mövqe ortaya qoya biləcək. Söhbət ondan gedir ki, pandemiya fonunda bağlanan sərhədlər, yoxa çıxan tələbat mallarıl bölgənin Çin faktorundan nə qədər asılı olduğunu aşkara çıxartdı. Hazırda AB çərçivəsində iqtisadiyyatların lokallaşdırılması, yaxud da regionlaşdırılması prosesi başlayıb. Bütün tələb və təklif ölçülərinin AB sərhəddi daxilində təmin olunmasından gedir söhbət, belə olanda AB ölkələrinin xarici amildən asılılığı da ortadan qalxacaq və Rəsmi Brüssel güc mərkəzlərindən biri kimi daha da qüdrətlənəcək.

ABŞ – Tez –tez dünya siyasi ədəbiyyatında “Lend -liz” yardımından söz düşür, sanki II dünya müharibəsindən sonrakı dövrdür və müharibə xarabalığı  üzərində yeni tərəqqi abidəsi yaratmaq üçün ABŞ yardım ayırır, eyni mahiyyətdir və bu yerdə Uniston Çörçill demişkən, müharibə bitən kimi müharibə başlamalıdır.

Bax, həmin yanaşma bu günkü dövrü tam izah edir. Dünya çökmüş durumda çıxacaq pandemiyadan. Bəs dolların vətəni ABŞ dünya iqtisadi böhranını necə dəf edəcək?

Hesab edilir ki, “Bretton – Woods” yenidən işə düşəcək, iqtisadi təlatümlər yaşayan ölkələrin xilası ABŞ və müttəfiqlərinin dollar yardımı sayəsində mümkün olacaq.

Hər –halda Amerika coğrafiyası və Avropa xaric digər bölgələr ciddi toqquşma nöqtələridir, sahibləri zəif, maraqları isə qlobaldır. Amma bu proseslərin tamamlayıcı gücü kimi maliyyə yoxdur.

Post-pandemiya özü ilə yeni yanaşma, antidemokratiya gətirəcək, çünki rifahsızlıq, sosial çatışmazlıq demokratiya vəd etmir, bir halda ki, demokratik ölkələrdə də həmin prinsiplər yoxa çıxmaqda, millətçilik dirçəlməkdədir. Elə isə silah bazalarının daha çox qazanc əldə edəcəyi günlərə az qaldı.

0