Saat 12:00-da şəhidlərin xatirəsi yad ediləcək - Hərəkət dayandırılacaq

ÖLKƏ
09:02 / 27.09.2021
1422

27 sentyabr - Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.

HİT.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.

0