Zakir Həsənov II Fəxri xiyabanı ziyarət etdi

ÖLKƏ
11:36 / 27.09.2021
943

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib.

HİT.az xəbər verir ki, ziyarətçilər sırasında Z.Həsənovla yanaşı, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə Nazirliyinin rəhbər heyəti olub.

Onlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri qoyublar.

0