Həbsdə olan bələdiyyə sədri vəfat etdi - FOTO

ÖLKƏ
20:36 / 30.09.2021
2537

Zərdab rayonunda həbsdə olan keçmiş bələdiyyə sədri ölüb.

Hit.az apa-ya istinadən xəbərinə görə, ötən il həbs olunan rayonun Yarməmmədbağı kənd bələdiyyə sədri Sahib Xəlilov bu gün həbsxanada dünyasını dəyişib.

S.Xəlilovun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, S.Xəlilov qanunsuz torpaq sahəsi satdığına görə həbs edilmişdi.

0