Ac saxlanıldığı deyilən alpaqanın son halı - VİDEO

ÖLKƏ
16:29 / 01.10.2021
1272

Qapalı məkanda saxlanılan, baxımsızlıqdan arıqlamış alpaqanın son halının görüntüləri yayılıb.

Sözügedən videonu bir müddət əvvəl alpaqanı öz fermasına götürən “Alpaka Azerbaijan” instaqram səhifəsində paylaşıb.

“Xilas olunmuş alpaqamız bu video vasitəsilə onu sevən hər kəsə sevgisini göndərir”, - paylaşımda deyilir.

Fermanın əməkdaşı Rasim İsayevin sözlərinə görə, alpaqa bir ay ərzində 6 kiloqram kökəlib və bugünükü gün özünü çox yaxşı hiss edir.

1