İran səfriliyi qarşısında aksiya keçirənlərlə bağlı YENİ XƏBƏR

ÖLKƏ
18:40 / 01.10.2021
1541

Sentyabrın 30-da İranın Azərbaycandakı səfirliyi qarşısına aksiya keçirmiş 4 nəfərin polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə şəxsiyyəti müəyyən edilib.

Hit.az xəbər verir ki, Bakı sakini olan həmin şəxslər polis idarəsinə dəvət olunub.

Onlarla polis idarəsində izahedici söhbət aparılıb və ciddi xəbərdar olunaraq hər birinin barəsində inzibati cəza tədbirləri görülüb.

0