Onlar AMEA-dakı vəzifələrinə təsdiq olundular - SİYAHI

ÖLKƏ
23:52 / 01.10.2021
1563

Xəbər verdiyimiz kimi, AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

HİT.az xəbər verir ki, iclasda akademik Gövhər Baxşəliyeva AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, iqtisad elmləri doktoru Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifələrinə təsdiq olunublar.

Həmçinin, Nərmin Adıgözəlova AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynova isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilib.

0