Elmira Süleymanova koronavirusa yoluxdu

ÖLKƏ
10:16 / 04.10.2021
1210

Azərbaycanın ilk Ombudsmanı, professor Elmira Süleymanova koronavirusa yoluxub. 

Məlumata görə, E.Süleymanova hazırda evdə müalicə olunur.

Bildirilib ki, onun müalicəsi effektli olub və təhlükəli mərhələni geridə qoyub.

Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.

0
bakupost.az