Gürcüstanda azərbaycanlı ailənin həyətinə qumbaralar atıldı

ÖLKƏ
11:23 / 04.10.2021
877

Gürcüstanda Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qabal kəndində Məmmədovlar ailəsinin yaşayış evinin həyətinə iki əl qumbarası atılıb.

“Report" xəbər verir ki, hadisə zamanı həyətdəki avtomobilə ziyan dəyib.

İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.

Hadisəyə kənd bazarında payla bağlı mübahisənin səbəb olduğu bildirilir.

0