ARB “Zəfər mövsümü”nə başlayır - VİDEO

ÖLKƏ
17:57 / 04.10.2021
979
Ötən mövsüm reytinqləri alt-üst edən, bir çox layihələri ilə tamaşaçıların rəğbətini qazanan ARB telekanalı yeni "Zəfər mövsümü”nə başlayır.
 
HİT.az xəbər verir ki, ARB TV-nin yeni mövsüm əsas verilişləri üçün hazırladığı fərqli üslubdakı anonslar televiziya tamaşaçılarının və sosial media izləyicilərinin böyük marağına səbəb olub.
 
Kanalın tanınan simaları Dilarə Əliyeva, Zaur Kamal, Elgiz Əkbər, Anar Mədətov və s. izləyicilərinin diqqətini cəlb etməyi bacarıb. Belə ki, izləyicilərə təqdim olunan yeni mövsüm anonslarında aparıcıların aktyorluq bacarıqları da diqqətdən yayınmayıb.
 
Qeyd edək ki, "Zəfər mövsümü” oktyabrın ayının 4-dən etibarən start götürəcək. Hər mövsüm olduğu kimi, bu il də ARB Televiziyası tamaşaçısına daha zövqlü yayım vəd edir.

0