"Sabunçu rayon sakini Vüqar Eyyubovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq aparılır".
Bu barədə Hit.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda cinayətin törədilmə şəraitinin araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilir:
"Tərəfimizdən əlavə məlumat veriləcək. KİV nümayəndələrindən xahiş olunur ki,dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".

