Satışdan qayıtmış vaxtı keçmiş şirniyyatı əridib yenidən istehsal edirmişlər

22:10 / 08.10.2021
1564

Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 87 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı müəyyən olunub.

2