Daha iki erməni hərbçinin cəsədi TAPILDI

ÖLKƏ
19:35 / 13.10.2021
492

İşğaldan azad edilən ərazilərdə aparılan axtarış işləri zamanı daha iki erməni hərbçinin cəsədi tapılıb.

Hit.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb. Cəsədlərin Xocavənd rayonu ərazisindən açkarlandığı qeyd olunur. Onların kimliyini müəyyənləşdirmək üçün ekspertiza təyin ediləcək. İndiyədək azad edilən ərazilərdən tapılan cəsədlərin sayı 1683-ə çatıb.

0