Gədəbəydə avtomobil qəzası: Polis öldü - FOTO

23:03 / 13.10.2021
947

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

HİT.az xəbər verir ki, hadisə Zəhmət kəndində qeydə alınıb.

Şəmkir rayon Çənlibel kənd sakini, 1995-ci il təvəllüdlü Toğrul Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Toğrul Əsədov Gədəbəy rayon polis idarəsinin əməkdaşıdır.

0