Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi (FOTOLAR)

ÖLKƏ
14:08 / 17.10.2021
7267

Son günlər mətbuatda adı tez-tez çəkilən Qərbi Azərbaycanın Vedibasar mahalının Arazdəyən kəndi ətrafındakı vəziyyət erməniləri ciddi narahat edər.

Ermənilərin "Ararat vilayətinin Yerasx kəndi” adlandırdıqları bu yaşayış məntəqəsi düşmən üçün strateji əhəmiyyət daşıyır. Çünki kənd Azərbaycanla Naxçıvanı birləşdirən yolun üzərində yerləşir. ƏTRAFLI Snickers Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür və burada atəşkəs tez-tez pozulur.

Modern.az-ın məlumatına görə, Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir. Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb. Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub. Tarixi mənbələrə görə, kənddə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonra ora az sayda ermənilər də köçüb gəliblər. Daha dəqiqi, ermənilər bura 1897-ci ildə köçürülüb.

Sonuncu deportasiya zamanı – 1988-ci ildə azərbaycanlılar kənddən didərgin salınıb. Son məlumatlara görə, hazırda Arazdəyəndə 900 nəfərə yaxın erməni yaşayır. Qeyd etdiyimiz kimi, Arazdəyənin ərazisi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəddir. Bu kəndi Sədərək rayonundan Vəlidağ deyilən dağın yaratdığı və Qurd ağzı adlanan dar keçid ayırır. İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyən kəndindən keçir. Kəndinin başının üstündəki postda Azərbaycanın üçrəngli bayrağnın dalğalanması erməniləri daim təşviş içində saxlayır. Arazdəyənə görə isterikada olan ermənilər üzbəüz ərazidəki Azərbaycan ordusunun mövqelərinə atəş açırlar.

Modern.az saytı Arazdəyən kəndindən fotoları təqdim edir:

0