COVID-in “Delta” variantından daha təhlükəli mutasiyası aşkar edildi

23:10 / 19.10.2021
1663

İngiltərə həkimləri ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar.

Kembricdəki Uelkom Sanqer İnstitutu mütəxəssisləri yeni mutasiyanın "Delta” variantından törədiyi, lakin 10-15% daha keçici olduğunu bildiriblər.

AY.4.2 indeksilə işarələnən mutasiya hazırda ölkə üzrə yeni yoluxanların 10%-də müşahidə olunur. Ekspertlərin fikrincə, AY.4.2 hazırda mövcud COVID ölümləri səviyyəsini artıra bilər.

Mənbə: "Haber Global”

0