Bir gündə 31 mindən çox insan peyvənd olundu

ÖLKƏ
16:56 / 20.10.2021
1412

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 389 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 092 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 257 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 991 242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 266 230 təşkil edir

0