Bakıda yeni evlənən cütlük bu əməli ilə hər kəsin rəğbətini qazanıb.
Hit.az-ın məlumatına görə, bəy musiqi sədaları və siqnal səsləri olmadan gəlini atası evindən toy məclisinin olduğu şadlıq sarayına aparıb.
Onun bu addımı atmasına səbəb həmin mənzilin olduğu məhəllədən 3 ailənin övladlarının Vətən Müharibəsində şəhid olmasıdır.
Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.