Prokurorluq 8-ci sinif şagirdinin ölümü ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

ÖLKƏ
17:41 / 21.10.2021
1918

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz rayonda 8-ci sinif şagirdi dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5  nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

***

15:12

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Hit.az xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən bildirilib ki, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.(apa.az)

0