Bakının mərkəzində narkomanların yuvasına çevirilən ərazi təmizlənir - FOTO/VİDEO

ÖLKƏ
10:29 / 22.10.2021
2173

Ötən gün paytaxtın Yasamal rayonu ərazisində Zivər bəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalan parklanma yeri narkomanların məskəninə çevrilməsini əks etdirən görüntüləri yayımlamışdıq.

BAKU.TV-nin hadisə yerindən hazırladığı reportajda həmin ərazidə həm narkotik vasitələrdən istifadə edənlərin toplaşdığı, həm də narkotik vasitələrin alış-verişinin baş tutduğu deyilirdi.

Qaynarinfo-nun hazırda hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə hazırda ərazidə təmizlik işləri aparılır. Hadisə yerində polis əməkdaşları və rəsmi qurumların işçiləri fəaliyyət göstərir.

0