İki dəstə arasında düşən davada polis tərəfləri ayırmaq istəsə də, dava edənlərdən biri polisin silahını alaraq ətrafa atəş açıb və iki nəfər yaralanıb.
“Ölkə.Az” Haber7-yə istinadən xəbər verir ki, hadisə Türkiyənin Aydın əyalətinin Nazilli rayonunda baş verib.
Bir musiqi salonunda 500 TL-lik hesabla başlayan mübahisə əvvəlcə məhkəmə, sonra isə xəstəxana qarşısında davaya səbəb olub.
İddialara görə, davaya səbəbə 4 nəfərlik bir qrup şəxs əylənmək üçün musiqi salonuna gəlir və orada bir müddət vaxt keçirdikdən sonra hesabı istəyirlər. İşçilərin gətirdikləri hesabın 500 TL olduğunu gördükdə buna etiraz edirlər və tərəflər arasında mübahisə yaranır. Mübahisə isə dava ilə nəticələnir.
Davadan sonra məkanı tərk edən qrup, hadisədən bir gün sonra şikayət üçün məhkəmə binasına gedir. Şikayətdən xəbər tutan obyektin sahibləri məhkəmə binasına gələrək onlarla dava edirlər. Hadisədən sonra polis tərəfindən saxlanılan 10 şübhəli aldıqları xəsarətlə bağlı xəstəxanaya aparılır. Xəstəxanada yenidən qarşılaşan tərəflər arasında dava düşür.
Dava zamanı sahibkar Cuma Kocaman tapançanı polis əməkdaşının belindən alaraq ətrafa atəş açmağa başlayıb və bu zaman iki nəfər yaralanıb.
Hadisə yerinə göndərilən çoxsaylı polisin müdaxiləsindən sonra dava sona çatıb. Yaralanan bir polis əməkdaşı və şübhəli şəxsə xəstəxanada tibbi yardım göstərilib.


