"Yevlax rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə yeni direktor təyin edilib.
Hit.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Fazil İsmayılov təyinat alıb.
Xəbəri TƏBİB-in mətbuat xidmətindən Unikal.org-a təsdiqləyiblər.


