Bakının Sabunçu rayonu ərazisində 198 saylı marşrut avtobusu qəza törədib.
“Report” xəbər verir ki, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus Sabunçu rayon Yol Polisi İdarəsinin hasarına çırpılıb.
Qeyd edək ki, ölən və yaralananlar haqqında məlumat yoxdur. Ərazidə tıxac yaranıb.