Qəzaya düşən Əməkdar artistin son vəziyyəti açıqlandı

ÖLKƏ
16:21 / 28.10.2021
1038

Oktyabrın 26-da avtomobil vurması nəticəsində xəstəxanalıq olan Əməkdar artist, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Elizbar Osmanovun son vəziyyəti açıqlanıb.

HİT.az "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan rəqqasın vəziyyəti orta ağır qiymətləndirilir:

"Daxili qanaxması dayanıb. Huşu yerinə gəlib. USM edəcəklər. Nəticə yaxşı olsa, digər klinikaya köçürüləcək, müalicə olunacaq”.

Qeyd edək ki, E. Osmanovu oktyabrın 26-da avtomobil vurub. Hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

0