Uşaq dünyaya gətirən 11 yaşlı ananın və körpəsinin vəziyyəti necədir?

ÖLKƏ
11:34 / 30.10.2021
1026

Uşaq dünyaya gətirən İmişli rayon sakini olan 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır.

Bu barədə Hit.az-a Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsindən bildirilib.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

0